Modern.az

Gürcüstanda yoluxanların sayı artdı: toy və yaslara qadağa qoyuldu

Gürcüstanda yoluxanların sayı artdı: toy və yaslara qadağa qoyuldu

Dünya

9 Sentyabr 2020, 13:02

Gürcüstanda son günlərdə koronavirusa yoluxma hallarının artmasına görə, toy və yas mərasimlərinin keçirilməsinə məhdudiyyətlər tətbiq edilməyə başlayıb.

 Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Hökumətlərarası Koordinasiya Şurasının qərarında deyilir.

 

Hökumət rəsmisi Natya Mezvrişvili qadağaların sentyabrın 10-dan qüvvədə olacağını bildirib.  

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 1773 nəfər COVID-19-a yoluxub. Onlardan 1321 nəfər sağalıb, 390 nəfər müalicə alır, 19 nəfər isə vəfat edib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı