İran Qarabağda gedən döyüşlər zamanı ərazisinə top mərmilərinin düşməsinə etiraz edib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
“Biz bir daha bəyan edirik ki, münaqişə tərəflərinin ərazimizi atəşə tutmasını qəbul edilməz hesab edirik və bütün tərəflərə bu məsələhə ehtiyatlı olması barədə xəbədarlıq edirik”- deyə açıqlamada deyilir.