Modern.az

Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta

Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta

Dünya

4 Oktyabr 2020, 09:25

Birləşmiş Ştatların Merilend ştatında polis qüvvələri prezident Trampın koronavirusdan müalicə edildiyi Uolter Rid adına hərbi hospitalın ətrafında şübhəli çantaya görə yolu bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

 

Hadisə ilə əlaqədar ABŞ liderinin tərəfdarlarının tibb mərkəzinin yaxınlığındakı dəstək aksiyası dayandırılıb.

 

Bundan sonra əraziyə bombaların zərərsizləşdirilməsi üzrə dəstə və asayiş keşikçiləri kinoloji itlərlə gəlib.

 

Onlar əşyanı yoxlayıblar, onun təhlükəsizliyindən əmin olduqdan sonra Trampın tərəfdarlarına öz təntənəli yürüşlərini davam etdirməyə icazə veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza