Modern.az

Kiyevdə motosiklet sürücüsü yoldan keçənlərə atəş açdı

Kiyevdə motosiklet sürücüsü yoldan keçənlərə atəş açdı

Dünya

4 Oktyabr 2020, 10:14

Ukrayna paytaxtı Kiyevdə motosiklet sürücüsü yoldan keçənlərə odlu silahdan atəş açıb.

 

Modern.az  “Korrespondent” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kiyev Patrul Polisi “Facebook”da məlumat yayıb.

 

İnsidentin şənbə günü axşam saatlarında baş verdiyi qeyd olunur. Hadisə şahidləri bir motosikletçinin tapança ilə ətrafdakı insanlara atəş açması barədə polisə məlumat veriblər. Polis əməkdaşları Delovoy küçəsində həmin motosikli aşkar edərək, ona dayanmaq əmri veriblər. Motosikletin sürücüsü polisin tələbinə məhəl qoymayaraq qaçmağa çalışıb. Bu zaman motosiklet avtomobillə toqquşub və sürücüsü ayağından xəsarət alıb.

 

Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün istintaq və əməliyyat qrupu hadisə yerinə cəlb olunub. Eyni zamanda, atışma zamanı yaralananlar və ya ölənlər barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza