Modern.az

Şimali Kiprin Baş Naziri: “Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik”

Şimali Kiprin Baş Naziri: “Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik”

Dünya

4 Oktyabr 2020, 15:09

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.

 

“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda  azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə E. Tatar bildirib.

 

Baş Nazir Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.

 

O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza