2020-ci ildə Tibb və Fizilogiya üzrə Nobel mükafatının qalibləri açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Harvi Olter, Maykl Xauton və Çarlz Rays Hepatit C virusu ilə bağlı araşdırmalarına görə bu mükafata layiq görülüblər.
İsveçin paytaxtı Stoqholmda elan olunan qaliblər dekabrın 10-da öz mükafatlarını alacaqlar.