Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə səfərbərlik elan edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçiləri hərbi komissarlıqlara çağırıb.
Beləliklə, Qarabağda ciddi əsgər çatışmazlığı və itkilər verən Ermənistan Ordusu sonuncu rezervləri də sıralarına cəlb edir. Belə ki, qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməzdi.
Maraqlıdır ki, Paşinyan tərxis olunmuş hərbi qulluqçulara müraciətində "kimin evində hərbi gödəkçə varsa, onu da götürüb gəlsin"-deyə çağırış edərək, hərbi vəziyyətin nə dərəcədə ağır olduğunu nümayiş etdirib.