Modern.az

Keçmiş prezident etirazçılar tərəfindən həbsxanadan azad edildi

Keçmiş prezident etirazçılar tərəfindən həbsxanadan azad edildi

Dünya

6 Oktyabr 2020, 07:26

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS” İnformasiya Agentliyi məlumat yayıb.

 

Belə ki, çərşənbə axşamı keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstanın paytaxtında yerləşən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasının binasına daxil olub, orada olan keçmiş Prezident Almazbek Atambayevin azad edilməsinə nail olublar.

 

Etirazçılar təcridxananın qapısını sındırblar. Xüsusi təyinatlıların əməkdaşları da Atambayevin və onun silahdaşlarının buraxılmasını tələb edən aksiya iştirakçılarına qoşulublar.  

 

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. Siyasətçi ötən ilin avqustunda 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və o vaxtdan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza