Modern.az

Ayətullah Əli Xameneyi: Azərbaycanın əraziləri azad edilməlidir!

Ayətullah Əli Xameneyi: Azərbaycanın əraziləri azad edilməlidir!

Dünya

3 Noyabr 2020, 12:05

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə axşamı günü yerli televiziyaya müsahibəsində Qarabağ bölgəsindəki toqquşmalardan danışıb.

Modern.az xəbər verir ki, İranın "İrna" xəbər agentliyinin məlumatına görə, Ayətullah Əli Xameneyi deyib ki, "İki qonşumuz arasındakı müharibə acı bir hadisədir".

İranın rəhbəri bildirib ki, münaqişə ən qısa müddətdə bitməlidir.

"Azərbaycanın ərazilərinin hamısı azad edilməli və ermənilərin təhlükəsizliyi qorunmalıdır",- Ayətullah Əli Xameneyi bildirib.

Xameneyi vurğulayıb ki, "beynəlxalq sərhədlər pozulmamalı və terrorçular sərhədlərimizə yaxınlaşmamalıdırlar" və onlar İran sərhədlərinə yaxınlaşarlarsa "onların öhdəsindən gəlinəcək".

O, çıxışında konkret hansı "terrorçuları" nəzərdə tutduğunu açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza