Modern.az

Bayramov-Mnatsakanyan görüşü planlaşdırılır? - Moskvadan AÇIQLAMA

Bayramov-Mnatsakanyan görüşü planlaşdırılır? - Moskvadan AÇIQLAMA

Dünya

3 Noyabr 2020, 13:53

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşü barədə fikir bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə “İnterfaks” agentliyinə danışıb.


“Hazırda danışıqlar ekspert səviyyəsində, ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılır. Başqa məqamlar barədə danışmaq məncə tezdir”- deyə nazir müavini söyləyib.

 

Rudenko münaqişənin hərbi yolla həlli varinatının olmadığını təkrarlayıb.

“Həll variantı hərtərəfli, bütün tərəflərin maraqlarına xidmət edən formada olmalıdır”. 

 

Azərbaycan və Ermənistan XİN rəhbərləri sonuncu dəfə Cenevrədə danışılar aparıblar.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza