Modern.az

ABŞ-da gərgin SEÇKİLƏR: Tramp və Bayden özlərini qalib elan etdi

ABŞ-da gərgin SEÇKİLƏR: Tramp və Bayden özlərini qalib elan etdi

Dünya

4 Noyabr 2020, 10:00

ABŞ-da prezident seçkiləri gərgin mübarizə şəraitində keçir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ana olan məlumata görə, Trampa seçicilərin 48,6%-i, Baydenə isı 49,8%-i səs verib.


Prezidenti müəyyən etmək üçün namizədlərdən biri ştatlar üzrə 270 elektorla səs toplamalıdır. Son məlumatlara görə, Tramp 213, Bayden isə 237 elektoral səs toplayıb. Ən böyük ştatlardan Nyu-York və Kaliforniyada Bayden, Texas və Floridada isə Tramp qələbə qazanıb. Seçkilərinin taleyini səslərin hesablanmasının başa çatmadığı 8 ştatda həll olunacağını gözlənilir.
 

Tramp və Baydenin hər biri artıq özünü qalib elan edib.

“Bizim qələbəmizi oğurlamaq istəyirlər, amma buna imkan vermərik”-deyə Tramp deyib.


Co Bayden də öz qələbəsini elan edib: “Dostlar, qələbəyə doğru gedirik. Biz az səbr edək” –deyə tərəfdarlarına müraciət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal