Modern.az

Trampın prezidentlik şansı kəskin artdı – SÜRPRİZ NƏTİCƏLƏR

Trampın prezidentlik şansı kəskin artdı – SÜRPRİZ NƏTİCƏLƏR

Dünya

4 Noyabr 2020, 10:55

ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanmaqda davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, respublikaçı Donald Trampla demokrat Co Bayden arasında gərgin mübarizədə Trampın önə çıxdığı xəbər verilir.

Belə ki, seçkilərdə qalib gəlmək üçün namizədlərdən biri 270 elektoral səs toplamalıdır. Son dəqiqələrə olam məlumata görə, Bayden 227, Tramp isə 213 elektoral səs toplayıb. Hazırda səslərin tam hesablanmadığı 8 ştatdan 6-da Tramp öndədir.

 

Belə ki, Pensilvaniya, Miçiqan, Corciya, Şimali Karolina, Viskonsin və Nevada ştatlarında Tramp öndədir. Yenicə səsvermə məntəqələri bağlanan Alyaska ştatının da qələbəni Trampa verməsi gözlənilir.

74 yaşlı Trampın yaxın saatlarda xalqa müraciət etməsi gözlənilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal