Modern.az

İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olundu

İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olundu

Dünya

6 Noyabr 2020, 01:00

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.

 

Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələ nəticəsində 114 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza