Boliviya prezidenti Luis Arseyə sui-qəsd cəhdi olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Sosializm Hərəkatı”nın mətbuat katibi Sebastyan Miçel açıqlama verib.
“Bir neçə dəqiqə əvvəl naməlum bir qrupun hücumuna məruz qaldıq. Terrorçular Luis Arse ilə görüşün keçirildiyi ərazidə dinamit qoyublar. Xoşbəxtlikdən xəsarət almadıq”- deyə o söyləyib.
Luis Arse 18 oktyabr seçkilərində 55,1% səs toplayıb.