Modern.az

Gürcüstanda hakimiyyəti devirmək üçün mobil qruplar hazırlanıb - DTX

Gürcüstanda hakimiyyəti devirmək üçün mobil qruplar hazırlanıb - DTX

Dünya

6 Noyabr 2020, 22:11

Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

 

Qeyd olunub ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

 

DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza