Respublikaçılar partiyasından prezidentliyə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Tramp aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edib.
Modern.az-ın xarici KİV-lərə istinadla məlumatına görə, Tramp bildirib ki, onun rəqibinin seçkilərdə qalib gəlməsi heç bir ştatda rəsmən təsdiq edilməyib.
Tramp deyib ki, Baydenin qələbəsi sərt mübarizənin getdiyi yerlər də daxil olmaqla, rəsmi olaraq heç bir ştatda təsdiqlənməyib. O, həmçinin iddia edib ki, Bayden saxta səslər də daxil olmaqla, bütün səsləri hesablamaq niyyətindədir:
"Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir".
Tramp Baydenin qərargahının qanuni səslərin sayılmasının baza prinsipi ilə razılaşdırılmasından imtina etməsindən "şoka düşdüyünü" bildirib:
"Amerika xalqının layiq olduğu və tələb etdiyi qanuni səslərin hesablanmasını almayınca dayanmayacam".
ABŞ Prezidenti Donald Trampın seçki qərargahından verilən açıqlamada isə bildirilir ki, Co Bayden özünü dərhal prezident seçildiyini elan edib:
"Biz hamımız bilirik ki, Co Bayden qalib kimi saxta pozlar verməyə tələsir və mediadakı müttəfiqləri niyə ona kömək etməyə çalışırlar, həqiqətin açıqlanmasını istəmirlər".