Modern.az

Ağ evin hind mənşəli qaradərili ilk qadın vitse-prezidenti - Kamala Harris

Ağ evin hind mənşəli qaradərili ilk qadın vitse-prezidenti - Kamala Harris

Dünya

7 Noyabr 2020, 23:59

Amerikada keçirilən prezident seçkiləri Demokratlar Partiyasından 78 yaşlı namizəd Cosef  Baydenin qələbəsilə yekunlaşdı.

Prezident seçkilərində 290 seçici səsini qazanan Demokrat Partiyasının namizədi Co Bayden ABŞ-ın 46-cı Prezidenti olub. Donald Trampın səslərinin sayı isə 214-ə bərabərdir.

Co Bayden ilk açıqlamasında Amerika xalqının onu Prezident seçməsindən qürur duyduğunu  deyib. 

Modern.az xəbər verir ki, artıq demokratlar Baydenin qələbəsini qeyd etməyə başlayıblar.

Cosef  Baydenin qələbəsini qeyd edənlərdən biri də Kamala Harrisdir. O Harris ki, bu qələbədən sonra ABŞ-ın qaradərili, afroamerikan və Asiya kökənli ilk qadın vitse-prezidenti olacaq.

Yamayka və hindistanlı mühacirlərin  (anası Hindistan, atası Yamayka əsillidir) qızı olan Kamala Harris 2017-ci ildə Senata seçiləndə ilk hind mənşəli qadın senator, Senata seçilən ikinci qaradərili qadın olmuşdu. O, ermənilərin sıx yaşadığı Kaliforniya ştatının baş prokuroru idi.

Kamala Harrisin erməni diasporu ilə isti münasibətlərə malik olduğu qeyd edilir.

Seçkinin nəticələri rəsmən təsdiqlənməsə də, 55 yaşlı Harris artlq Twitter-dəki hesabına korrektə edib: "Seçilmiş vitse-prezident".

46-cı prezident Baydenin 78 yaşı olduğunu nəzərə alsaq, Ağ evdə qəfil sürprizlər ola bilər.

Əgər Bayden qarşıdakı 4 il ərzində xəstələnsə, prezidentlik fəaliyyəti göstərə bilməsə, o zaman 47-ci prezident üç ilkə imza atacaq - yəni Kamala Harris ABŞ-ın ilk qadın, ilk qaradərili xanım və ilk hind mənşəli prezidenti ola bilər!

Kamala Harris Douglas Emhoff adlı vəkillə evlidir. O, ərinin əvvəlki evliliyindən olan iki uşağının ögey anasıdır.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza