Ermənistanda epidemioloji vəziyyət gərgin olaraq qalır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhiyyə naziri Arsen Torosyan 861 koronaviruslu xəstəyə tibbi yardım göstərə bilmədiklərini deyib.
“Onlardan 113-ü çox ağır vəziyyətdədir”.
Nazir infeksion xəstəxanalarda boş çarpayıların olmaması səbəbilə ağır xəstələrə belə lazımi tibbi yarıdımı göstərə bilmədiklərini əlavə edib.