Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə polis arasında toqquşma qeydə alınıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Tbilisidə Mərkəzi Seçki Komissiyası qarşısında 31 oktybar seçkilərinin nəticələrinə etiraz kütlə ilə toqquşma zamanı 14 polis, 3 KİV nümayəndəsi və 10-a qədər etirazçı yaralanıb.
Daxili işlər naziri Kaxaber Sabanadze toqquşmalarda iştirak edən 19 nəfərin saxlanbıldığını deyib.