Ukrayna Prezidenti Vladimir Zelenskidə koronavirus (COVID-19) aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.
Koronavirus testinin nəticəsinin müsbət olduğunu deyən dövlət başçısı özünü yaxşı hiss etdiyini vurğulayıb:
"Dünyada COVID-19-un təhlükə törətmədiyi xoşbəxt yoxdur. Bütün karantin tədbirlərinə baxmayaraq, mən də müsbət (koronavirus testi-red) nəticə aldım".
Zelenski deyib ki, indi hərarəti 37,5-dir:
"Özümü yaxşı hiss edirəm. Təcrid edilməyə söz verirəm və işləməyə davam edirəm".