Modern.az

Putin Qarabağ razılaşmasının detallarını AÇIQLADI

Putin Qarabağ razılaşmasının detallarını AÇIQLADI

Dünya

10 Noyabr 2020, 02:46

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı bəyanat verib.

Modern.az xəbər verir ki, o, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan razılaşmanın detallarına toxunub.

 

“Qarabağda 10 noyabr gecə saat 01:00-dan etibarən atəşkəs rejimi elan olunur. Qarabağdakı Ermənistan və Azərbaycan hərbi qüvvələri hazırda durduqları mövqedə qalır. Tərəflər hərbi əsirləri və cəsədləri qarşılıqlı dəyişdirməlidir”.

 

Putin Qarabağda rus sülhməramlılarının yerləşdiriləcəyini də açıqlayıb.

“Qarabağa rusiyalı sülhməramlılar yerləşdiriləcək. Bundan başqa, Qarabağda bütün nəqliyyat qovşaqları açılır”.

 

Putin əldə olunmuş razılaşmanın Qarabağ böhranını hər iki xaqlın maraqlarında həll etməyə imkan verəcəyini söyləyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza