Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ döyüşlərində məğlubiyyətini etiraf etməsindən sonra Yerevanda iğtişaşalar başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçı kütlə Nikol Paşinyana lənət yağdırıb.
Onlar Yerevanın mərkəzində yerləşən Hökumət Evinə daxil olduğu xəbər verilir. Paşinyanın iş otağına girən etirazçılar onun mebel və stollarını qırıblar.
Ərazidəki polis etirazçılara müdaxilə etmir.