Modern.az

Qarabağa yerləşdiriləcək sülhməramlı qüvvələri Gəncə ilə NƏ BAĞLAYIR?

Qarabağa yerləşdiriləcək sülhməramlı qüvvələri Gəncə ilə NƏ BAĞLAYIR?

Dünya

10 Noyabr 2020, 15:40

Rusiyadan gələn sülhəmramlı qüvvələr Qarabağda münaqişə zonasına aktiv şəkildə yerləşməyə başlayıb.

Modern.az xəbər verir ki, 1960 hərbi qulluqçu, 90 zirehli transpartyor və 38- hərbi texnikadan ibarət qüvvələr təmas xətti boyunca mövqe quracaq. Sülhməramlı qüvvələrin əsasını Rusiyanın Mərkəzi Hərbi Dairəsinə daxil olan 31-ci briqada həyata keçirəcək.

 

Maraqlıdır ki, 31-ci briqada Sovet vaxı Gəncədə dislokasiya olunmuş 104-cü desant diviziyanın əsasında yaradılıb. General Valeri Şerbakın rəhbərlik etdiyi diviziya 1993-cü ilə qədər Gəncədə qalmışdı.

 

Briqadanın əsas hissəsini 15-ci Samara moto-atıcı briqadası təşkil edəcək. Briqadanın tərkibində hücum-desant, paraşüt-desant batalyonları, kəşfiyyat batalyonu və xüsusi təyinatlı bölükdən ibarət olacaq.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza