“Rusiya və Türkiyənin Qarabağda birgə sülhməramlı missiyasından söhbət getməyib”.
Modern.az xəbər verir ki, bu barədə Kremldən açıqlama yayılıb. Putinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Ankara arasında əməkdaşlığın Azərbaycan ərazisində yerləşəcək monitorinq mərkəzi vasitəsilə aparılacağını əlavə edib.