Modern.az

Putin Qarabağla bağlı fərman imzaladı

Putin Qarabağla bağlı fərman imzaladı

Dünya

12 Noyabr 2020, 15:30

Rusiya prezidenti Vladimir Putin Qarabağala bağlı fərman imzalayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 6 maddədən ibarət fərmanda Qarabağda və Laçın dəhlizində yerləşdiriləck Rusiya kontingentinin sayı, tərkibi və s. müəyyən olunub.

 

Fərmanın 3-cü maddəsinə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan Respublikası ərazisində Naxçıvan Respublikası və Azərbaycanın qərb bölgələri arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəf maneəsiz keçməsinə nəzarət edəcək.

 

Fərmanın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyası Qarabağdakı sülhməramlı kontingent ildə 2 dəfədən gec olmayaraq əvəzlənməli, hərbi texnika resurs və texniki tələbat olduqca yenilənməlidir.

Fərmanın 5-ci maddəsi isə Rusiya hökumətinə sülhməramlı kontingentin maliyyələşdirilməsi, hərbçilərə maaşların verilməsi və s. ilə bağlı göstərişləri nəzərdə tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal