ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
Modern.az-ın məlumatına görə, Tramp ABŞ-İran münasibətlərinin hələ də normallaşmadığını deyib.
"Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, - deyə ABŞ lideri bildirib.