Modern.az

Erməni general komaya düşdü

Erməni general komaya düşdü

15 Noyabr 2020, 09:27

Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı, "Yerprak" könüllü bataltyonunun rəhbəri Manvel Qriqoryanın səhhətinin durumu daha da pisləşib.

 

Modern.az hayeli.am-a istinadla xəbər verir ki, bu barədə generalın vəkili Arsen Mkrtçyan məlumat yayıb. O bildirib ki, 20 oktyabrda rəhbərlik etdiyi dəstəni Dağlıq Qarabağ cəbhəsində qoyub İrəvana qayıdan keçmiş millət vəkilinin vəziyyəti olduqca ağırdır:

 

"Onun xaricdə müalicəyə ehtiyacı var. Son hadisələr, məğlubiyyət bəyannaməsi generalın səhhətinə pis təsir edib. O, faktiki olaraq komaya düşdü. İnsanları tanımır. Şüuru itib, reaksiya vermir".

 

Qeyd edək ki, keçmiş deputat, general Qriqoryan 20 oktyabrda cəbhədəki könüllü dəstələrinin böyük hissəsini itirdikdən sonra İrəvana qaçmışdı. 

 

Tural Turan

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal