Ermənistanın keçmiş birinci ledisi Rita Sarkisyan xəstəxanaya düşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rita Sarkisyan artıq 2 həftədir ki, çox ağır vəziyyətdədir. Onun koronavirus infeksiyasına yoluxduğu xəbər verilir.
Xatırladaq ki, Rita Sarkisyan Serj Sarkisyanın həyat yoldaşı kimi 2008-2018-ci illərdə ölkənin birinci ledisi olub.