Modern.az

Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu

Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu

Dünya

17 Noyabr 2020, 11:25

Ermənistan parlamentində iclas gedir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkə müxalifəti ölkədə hərbi vəziyyəti ləğv etməyi və Paşinyanı istefaya göndərməyi tələb edir. “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyaları Paşinyan iqtidarının yürütdüyü siyasətin iflasa uğradığını xatırladıb.

 

Paşinyanın fraksiyasından olan deputatlar isə hazırda münaqişə ətrafında ciddi müzakirələrin getdiyini və növbədənkənar seçkilər keçirmək üçün uyğunsuz məqamın olduğunu bildiriblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal