Modern.az

Dünyada koronavirusa yoluxanların sayı REKORD VURDU

Dünyada koronavirusa yoluxanların sayı REKORD VURDU

Dünya

7 Dekabr 2020, 10:46

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda təsdiqlənmiş yoluxma sayı 67,3 milyon nəfərə çatıb.

 

Hazırda 67 milyon 392 min 712 nəfərdə koronavirus tapılıb. Onlardan 1 milyon 541 min 745 nəfər vəfat edib.

 

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 15 milyon 159 min 529 nəfər COVID-19-a yoluxub. Ölənlərin sayı isə 288 906 nəfərə çatıb.

İkinci ən çox yoluxma olan ölkə Hindistandır. Hindistanda 9 milyon 677 min 203 nəfər virusa yoluxub. Onlardan 140 590 nəfər ölüb.

Üçüncü yerdə isə 6 milyon 603 min 540 nəfər yoluxma ilə Braziliyadır. Bu ölkədə 176 962 nəfər dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu