Modern.az

Milyarderin oğlu yol qəzasında yandı

Milyarderin oğlu yol qəzasında yandı

20 Dekabr 2020, 14:08

Bridgewater Associates-in qurucusu Ray Dalionun oğlu Devon ABŞ-dakı yol qəzasında ölüb.

 

Modern.az bildirir ki, bu barədə Associated Press xəbər verir.

 

Məlumata görə, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb və daha sonra bir mağazaya çırpılaraq alov alıb. Polislər hadisə yerinə gələndə avtomobil tamamilə tüstüyə bürünübmüş.

 

Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. İlkin məlumata görə, qəzada avtomobilin yanacaq çəni partlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu