Modern.az

“Barselona”nın istədiyi futbolçunun qiyməti 5 dəfə düşdü

“Barselona”nın istədiyi futbolçunun qiyməti 5 dəfə düşdü

Dünya

20 Dekabr 2020, 17:40

Fransanın “Lion” klubu hücumçusu Memfis Depayı transferə çıxarıb.



Modern.az-ın məlumatına görə, Niderland millisinin üzvünün hətta qiyməti də müəyyənləşib.



Liqa1 təmsilçisi onu qış fasiləsində 5 milyon avroya satmağa hazırdır. Halbuki mövsümün əvvəlində “Lion” Depayın gedişi müqabilində İspaniya klubu “Barselona”dan 25 milyon avro tələb etmişdi. Kataloniyalılarla şəxsi razılığa gələn 26 yaşlı oyunçunun yanvarda İspaniyaya köçməsi gözlənilir.



Qeyd edək ki, Memfis Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Lion”la müqavilə müddəti 2021-ci ilin iyununa qədərdir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu