Böyük Britaniyada koronavirusun mutasiya etmiş yeni növü aşkar olunub.
Modern.az xəbər verir ki, yeni növ koronavirusun noybarın ortalarından yayıldığı və 70% daha yoluxucu olduğu məlumdur. Bununla belə, ondan ölüm halları daha aşağıdır.
Yeni növ koronavirusun dünyaya tətbiq edilən vaksinə qarşı dözümlü olub-olmaması ciddi narahatlıq doğurur. Amma Britaniya alimləri onun vaksinə qarşı dözümsüz olduğunu əlavə ediblər.
Böyük Britaniya ilə yanaşı, yeni növ koronavirus artıq Cənubi Afrika Respublikası, Avstraliya, Niderland, Danimarka və İtaliyada aşkar olunub. Dünyanın əksər ölkələri onlarla nəqliyyat, xüsusən aviasiya əlaqələrini dayandırıb.