Dünyada koronavirusa yoluxam halları sürətlə artmaqda davam edir.
Modern.az Con Hopkins Universitetinə istinadən xəbər verir ki, ötən müddət ərzində koronavirusa 79 327 405 nəfər yoluxub. Onlardan 1 741 685 nəfər dünyasını dəyişib.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 18 649 352 COVID-19-a yoluxan xəstə var. Onlardan 329 022 nəfər vəfat edib. Növbəti yerlərdə Braziliya (7 423 945 yoluxma- 189 982 ölüm) və Hindistan (10 123 787 yoluxma – 146 756 ölüm) yer alıb.
İlk onluqda Meksika, İtaliya, Britaniya, Fransa, İran, Rusiya və İspaniya yer alıb.