Rusiya ölkəyə girişi qadağan olunmuş Böyük Britaniya vətəndaşlarının siyahısını genişləndirir.
Modern.az xəbər verir ki, Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnert məsələylə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bildirilib ki, Böyük Britaniya hökumətinin A Navalnı hadisəsində iştirakı iddia edilən Rusiya vətəndaşlarına qarşı əsassız və qəbuledilməz məhdudiyyətlər tətbiq etməsindən sonra, Rusiya tərəfi də qarşılıqlılıq prinsipinə əsaslanaraq ölkəyə girişi qadağan olunan İngiltərə vətəndaşlarının sayını artırıb. Siyahıya Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edən şəxslər düşüb.
Oktyabr ayında London altı rusiyalı əleyhinə sanksiya tətbiq etmişdi. Bura RF Prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və FTX-nin direktoru Aleksandr Bortnikov da daxil idi.
İngiltərənin bu sanksiyalarına, əsasən, rusiyalıların aktivlərinə həbs qoyulub, özlərinin isə Birləşmiş Krallığın ərazisinə girişi qadağan edilib.