Modern.az

Ukraynada son sutkada 6 min insan koronavirusa yoluxdu

Ukraynada son sutkada 6 min insan koronavirusa yoluxdu

17 Yanvar 2021, 13:51

Ukraynada son sutka ərzində 5990 nəfər COVID-19-a yoluxub, 2131 pasiyent xəstəxanalara yerləşdirilib, 116 nəfər isə bu xəstəlikdən ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

 

Yanvarın 16-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 160 min 682 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 865 min 960 nəfər müalicə olunaraq evə buraxılıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 20 min 984 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI