Modern.az

Ermənistan müxalifətinin lideri həbs oluna bilər

Ermənistan müxalifətinin lideri həbs oluna bilər

27 Yanvar 2021, 14:31

Ermənistan müxalifətinin lideri Vazgen Manukyan həbs oluna bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları onun barəsində araşdırmaya başlayıb.

“Tərəfdarları ilə görüş zamanı Manukyanın üsyan planı və dövlət idarələrini ələ keçirmək barədə çağırışı araşdırılır. Həmçinin, onun müharibə zamanı Qarabağdakı generallara zəng edərək, onlardan hakimiyyəti ələ almalarını istəməsi ilə bağlı etirafı diqqətdədir”-deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib .

Manukyanın çağırışında cinayət tərkibi olacağı halda onun Prokurorluğa çağırılması gözlənilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza