Modern.az

Türkiyədə 232 kəndlə nəqliyyat əlaqəsi kəsildi  

Türkiyədə 232 kəndlə nəqliyyat əlaqəsi kəsildi  

31 Yanvar 2021, 15:36

Türkiyənin şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. Güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.

 

Modern.az xəbər verir ki, Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Ağrı- Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu