Ermənistanın Ararat vilayətində dəhşətli qətl hadisəsi olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Masis şəhərindəki tibb mərkəzində gətirilən 2 yaşlı Styopa S. adlı uşaq dünyasını dəyişib. Yaxınları uşağın “Dimedrol” dərmanı içdiyi üçün öldüyünü bildirsə də, araşdırma zamanı onun bədənində çoxsaylı xəsarət izləri tapılıb.
İstintaqın fikrincə, 2 yaşlı uşaq anası Arusyak S., atalığı Razmik Z. və nənəsi tərəfindən müntəzəm fiziki şiddətə məruz qalıb.