ABŞ Senatı eks-prezident Donald Trampın impiçmenti barədə müzakirələri davam etdirir.
Modern.az xəbər verir ki, Senatın 56 üzvü onun impiçment prosedurunun davam etdirilməsini dəstəkləyib.
Prosedurun lehinə səs verənlər arasında demokratlarla yanaşı, 6 respublikaçı senator da var. Onlar Trampın impiçment olunmasının ölkə konstitusiyasına zidd olmadığını müəyyən edib.
Müzakirələr fevralın 10-da davam etdiriləcək. İmpiçment olunacağı təqdirdə Trampa dövlət postu tutmaq, o cümlədən yenidən prezidentliyə namizəd olmaq hüquq ləğv ediləcək.