Modern.az

11 sentyabr terror aktlarının təşkilatçısı edam olunacaq

11 sentyabr terror aktlarının təşkilatçısı edam olunacaq

1 Fevral 2010, 09:33

Amerikada 11 sentyabr terror aktlarının təşkilatçısı Xalid Şeyx Məhəmmədi edam gözləyir. Qərb mətbuatının məlumatına görə, ABŞ-ın Ədliyyə Nazirliyi Şeyx Məhəmmədin artıq öz cinayətini  etiraf etdiyini bildirib. Ağ Evin mətbuat katibi Robert Gibs CNN televiziyasına verdiyi açıqlamada Nyu-York və Vaşinqtondakı terror aktlarında iştirakını etiraf etmiş Şeyx Məhmmədin ən yüksək cəzaya məhkum olunacağını deyib.  

“Tezliklə Şeyx Məhəmməd məhkəmə önüünə çıxarılacaq və daha sonra isə son məkana yola salınacaq. 3 mindən artıq amerikalının ölümünə yol açmış dəhşətli cinayətə görə onu edam edəcəklər”,-deyə Gibbs bildirib. 

 

Cinayət işinə Şeyx Məhəmmədin daha 4 əlaltısı cəlb olunub. Onlara qarşı məhkəmə prosesinin vaxtı bəlli deyil. Bundan əlavə,  cinayət işinə mülki və ya hərbi tribunalda baxılması da məlum deyil. Barak Obama administrasiyası  cinayət işinə Nyu-Yorkda baxılmasını planlaşdırır. Son vaxtlar cinayət işinə Nyu-Yorkda baxılması cəhdlərinə  görə Ağ Evi tənqid edirlər. Şəhər meri  Maykl Blümberq əvvəllər bu  təklifi dəstəkləsə də,  son günlər bunun əleyhinə çıxır.  Mer qeyd edib ki, prosesin təhlükəsizliyini təmin etmək çox çətin olacaq, prosesin xərcləri isə milyard dollardan artıq təşkil edə bilər.      

 

Xatırladaq ki, Şeyx Məhəmməd 11 sentyabr partlayışlarının təşkilatçısı olduğunu dəfələrlə etiraf edib. O, 2003-cü il martın  1-də Pakistanın Ravalpindi şəhərində “Əl-Qaida”düşərgəsində yaxalanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu