Modern.az

Sarkisyan Paşinyanın onun “layihəsi” olduğu barədə ittihamlara CAVAB VERİB

Sarkisyan Paşinyanın onun “layihəsi” olduğu barədə ittihamlara CAVAB VERİB

Dünya

14 Fevral 2021, 15:44

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hazırkı baş nazir Nikol Paşinyanın onun "layihəsi" olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, ArmNyus teelekanalına müsahibə verən Sarkisyan 2018-ci ilin yazında baş verən “məxməri inqilab”ı mahiyyət etibarilə “Qarabağ əleyhinə bir hərəkat” adlandırıb və hazırkı baş nazirin onun “layihəsi” olduğu barədə ittihamları rədd edib.

"Heç düşmənə də belə belə bir "layihə" arzulamazdım” deyən Serj Sarkisyan bu biabırçılığı özünə rəva görmədiyini və belə iddiaların cəfəngiyat olduğunu vurğulayıb.


Müsahibə zamanı eks-prezident təkcə 2018-ci il hadisələrindən deyil, həm də Qarabağla bağlı danışıqlar barədə sualları da cavablandırıb.


Sarkisyan deyib ki, Nikol Paşinyan hakimiyyəti Qarabağ məsələsində əvvəlki "nailiyyətlərdən" imtina etdikdə və danışıqlar prosesinin tarixini Azərbaycan Prezidentindən öyrənməyə başlayanda müharibə və məğlubiyyətin qaçılmaz olduğu ona aydın olub.

Xatırladaq ki, Serj Sarkisyan 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi genişmiqyaslı etirazlar fonunda Ermənistanın rəhbəri postundan gedib.

Müsahibənin geniş formatı sabah yayımlanacaq.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza