Modern.az

“Onu tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” - Nazirdən sərt sözlər

“Onu tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” - Nazirdən sərt sözlər

14 Fevral 2021, 21:15

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hazırda İraqın Şimalında PKK terror təşkilatına qarşı aparılan “Pəncə Qartal-2” əməliyyatına dair paylaşım edib.

 

Modern.az xəbər verir ki, nazir Tvitter hesabında terrorçuların fəaliyyəti barədə sərt ifadələr işlədib.

 

“Murat Qarailanı tutub min yerə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, - deyə nazir bildirib. 

 

Soylu qeyd edib ki, altı il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda saxlanılan 13 Türk övladı alçaqcasına qətl edilib. 

 

“PKK ilə eyni açıqlamaları verən və utanmayan, eyni ilanlara sahib çıxan heysiyyətsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin cavabı verildi, veriləcək”, - deyə daxili işlər naziri əlavə edib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza