Ermənistan eks-prezidenti Robert Koçaryan və digər şəxslərin məhkəmə prosesi təxirə salınıb.
Modern.az xəbər verir ki, 2008-ci ildə konstitusion quruluşun devrilməsində ittiham olunan keçmiş Baş Qərargah rəisi Yura Xaçaturovun məhkəməsi zamanı onun səhhəti pisləşib. Məhkəməyə təcili yardım maşını çağrılıb.
Hadisə ilə bağlı məhkəmənin növbəti iclasının fevralın 23-nə qədər təxirə salınması qərarar alınıb.
Xatırladaq ki, Yura Xaçaturov, Robert Koçaryan və s. şəxslər 2008-ci ildə Yerevanda 10 nəfərin ölümü ilə nəticələnən iğtişaş əsas təqsirləndirilən şəxslərdir.