Modern.az

Prezidentdən vətəndaşlara ÇAĞIRIŞ: “Uşaqlarınızın sayı 2-dən çox olmasın”

Prezidentdən vətəndaşlara ÇAĞIRIŞ: “Uşaqlarınızın sayı 2-dən çox olmasın”

17 Fevral 2021, 10:55

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ölkə sakinlərinə müraciət edib.

 

Modern.az xəbər verir ki, o, ölkə vətəndaşlarını 2-dən artıq uşaq sahibi olmamağa səsləyib.


“Hər ailədə 2-dən artıq uşaq böyük problemdir və hamı bilməlidir ki, əhalinin sürətlə artması ciddi təhlükədir. Biz əhalinin artmının qarşısını alacaq proqram üzərində çalışırıq. Əhalinin artımı əlimizdə olan resurslara müvafiq olmalıdır” - deyə prezident deyib.

O, 100 milyon əhalisi olan Misirdə ildə 2 milyon körpənin anadan olduğunu söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir