Ermənistanın sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyan ölüb.
Modern.az xəbər verir ki, 2010-2016-cı illərdə nazir səlahiyyətlərini icra edən Karapetyan koronavirusdan ölüb.
O, “dizel işi” ilə bağlı eks-prezident Serj Sarkisyana qarşı ifadə verən əsas şahid idi. Serqo Karapetyan dövlət tenderində Sarkisyana yaxın olan şəxsin şirkətinin göstəriş əsasında qalib gəldiyini bildirirdi.