Modern.az

ABŞ raketlərini İrana tuşlayıb

ABŞ raketlərini İrana tuşlayıb

1 Fevral 2010, 12:41

Amerika İran ətrafında raket həlqəsi qurur. Modern.az qərb mətbuat verir ki, İrana qarşı sanksiyaları astaca yeritməyə çalışan Barak Obama administrasiyası Fars körfəzində raket sistemləri qurmağa başlayıb. Amerika rəsmi nümayəndələri bildirir ki, Fars körfəzində raket qurğuların yerləşdrilməsində məqsəd Birləşmiş Ştatların regiondakı müttəfiqlərini İranın mümkün raket zərbələrindən qorumaqdır. “Vaşinqton-post” yazır ki, Birləşmiş Ştatlar Fars körfəzindəki bir sıra ərəb ölkələrində “Patriot” tipli raket müdafiə sistemlərini gücləndirməyə başlayıb.  Bundan əlavə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri də regionda hərbi gəmilərin iştirakını təmin edir. ABŞ hərbi dairələrində İran ətrafında raket sistemlərinin yerləşdirilməsinə dair məxfi planlar hazırlanıb. Bu planın təfərrüatları hələ açıqlanmır. Hərbi planlar Fars körfəzi müsəlman ölkələrinin İrana dair narahatlıqlarından qaynaqlanır.

 

Bu gün Barak Obama administrasiyası  Fars körfəzində raket müdafiə sistemləri ilə bağlı strategiya planını Konqresə təqdim edəcək. Pentaqondakı mənbə qeyd edir ki,  strategiya planında sanksiyaların tətbiqi ilə əlaqadar  İranı aqressiv davranışlardan çəkinməyə məcbur edəcək bəndlər var.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu