Modern.az

Paşinyan onu Baş Qərargah rəisi təyin etmək İSTƏYİR

Paşinyan onu Baş Qərargah rəisi təyin etmək İSTƏYİR

Dünya

10 Mart 2021, 11:00

Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın rəsmən istefaya göndərildiyini açıqlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu posta Baş Qərargahın sabiq rəisi Artak Davtyanı təyin etmək istəyir.

Artak Davtyan Paşinyanın istefasını tələb etməyən azsaylı generallardan biri sayılır. Davtyan 1 il əvvəl, pandemiyanın xüsusilə geniş yayılmış vaxtında oğluna təntənəli toy mərasimi keçirdiyi üçün vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan artıq dünən Artak Davtyanı hələ ki Baş Qərargahın xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsinə təyin edib. 

Baş qərargah rəisi Onik Qasparyandan fərqli olaraq müdafiə naziri Vaqarşak Arutyunyan hələ ki baş nazir Nikol Paşinyana sadiqdir və onun tapşırıqlarını yerinə yetirir. Mümkündür ki, yeni təyinat Onik Qapsaryanın Baş Qəragah daxilində mövqelərini zəfilətmək məqsədilə həyata keçirilib. Çünki erməni ekspertlər də sual edirlər ki, Baş Qərargahın “xüsusi tapşırıqlar üzrə baş zabiti” vəzifəsi olmadığı halda Artak Davtyan nəylə məsul olacaq?

"Paşinyan Artak Davtyan və onun kimilərin təyinatı vasitəsilə Baş Qərargahda ikihakimiyyətlilik formalaşdıra bilər. Ancaq Paşinyanın seçdiyi “kadr”ın cəmiyyətdə nüfuzu yoxdur. Bu həmin Artak Davtyandır ki, Ermənistanda koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində 2020-ci il iyunun 7-də oğluna dəbdəbəli toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi. Bu hadisə erməni cəmiyyətində böyük etiraz doğurmuşdu. Bundan sonra o, Baş Qərargahdan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri vəzifəsinə transfer olundu. Ancaq o bu vəzfədə də çox işləməyərək 2020-ci il noyabrın 16-da istefaya göndərildi",-deyə Ermənistanda yaranmış vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir