Modern.az

Ermənistan ordusu Paşinyana tabe olmaqdan İMTİNA ETDİ

Ermənistan ordusu Paşinyana tabe olmaqdan İMTİNA ETDİ

Dünya

10 Mart 2021, 13:40

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefası tələbini yenidən təkrarlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ordu rəhbərliyi eks-Baş Qərargah rəisi Onik Qasparyanın müraciətində səslənən fikirlərə qoşulduğunu vurğulayıb:

“Ermənistan ordusunun rəhbərliyi general-polkovnik Onik Qasparyanın müraciətinə qoşulur və onun respublikadakı situasiyaya verdiyi qiyməti təsdiqləyir. Bu situasiyanın həlli birdir və müraciətdə göstərilib. Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10 martda səslənən müraciətindəki fikirləri silahlı qüvvələr üzərinə bir tapşırıq kimi götürür”- deyə ordunun açıqlamasında bildirilir.

 

Onik Qasparyanı eks deyil, hazırkı Baş Qərargah rəisi adlandırmaqla, Ermənistan ordusu Paşinyana tabe olmaqdan imtina etdiyini göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir