Ermənistan baş naziri növbəti dəfə hökumət başçısına yaraşmayan səhvə yol verib.
Modern.az xəbər verir ki, Baş Qərargah rəisi Onik Qasparyanın uzun mübahisələrdən sonra postunu tərk etməsindən sonra Paşinyan bu gün həmin vəzifəyə general-mayor Artak Davtyanın təyin olunması barədə qərar verib. Qərar ölkə başçısı Armen Sarkisyana da təqdim olunub.
Amma Paşinyan eks-Qərargah rəisi Artak Davtyanın təkrar bu posta təyin olunmasının mümkün olmadığını bildikdən sonra qərarını ləğv edib. O, ordunun Baş Qərargah rəisi səlahiyyətlərini müvəqqəti olaraq general-leytenant Stepan Qalstyanın icra edəcəyini elan edib.